Biz­nes subyektləri üçün seminar ke­çirəcək

Biz­nes subyektləri üçün seminar ke­çirəcək

No­yabrın 13-14-də Ümumdünya Göm­rük Təş­kilatının Bakı şəhərində yerləşən Poten­sialın Güc­ləndirilməsi üzrə Avropa Regional Ofi­sində "Biz­nes subyektləri üçün əlverişli şərait ya­radılması məqsə­dilə gömrük pro­se­durları və əmə­liyyatları üzrə tət­biq edilən sadə­ləş­dirmələr" möv­­­zusunda seminar ke­çiriləcək. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, seminar sahibkarlığın in­ki­şa­fına dəstəyin daha da artırılması, ölkə­mizdə sahib­kar­lıq sub­yekt­lə­rinin fəaliy­yətinin təş­viq edil­mə­si, maraqlı tərəflərin gömrük işi­nin müxtə­lif fəaliyyət istiqa­mət­­ləri barədə mə­lu­mat­landırılması, o cümlədən beynəlxalq ticarət təc­hizat zənci­rin­də yüklərin etibarlı və fa­si­ləsiz hə­rəkə­tinə əlverişli şərait yaradılması məqsə­dilə keçirilir.

Seminarda iştirak etmək istəyən şəxslərin Dövlət Gömrük Komitəsinin internet səhifəsinin (www.dgk.gov.az) "Sahibkarlara dəstək" blokuna daxil olmaqla qeydiyyatdan keçmələri xa­hiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə