İzləmə avadanlıqları test edilir

Yaxın müddətdə paytaxtın bütün dayanacaqlarındakı monitorlarda avtobusların çatma vaxtı və yenilənən bütün marşrut xətləri haqda informasiyalar öz əksini tapacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda Ziya Bünyadov prospektində 12 dayanacaqdakı Avtobus İnformasiya Terminallarında avtobuslara quraşdırılmış yeni izləmə avadanlıqları ilə inteqrasiya prosesi test edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə