Azərbaycan-İran biznes forumu keçiriləcək

Azərbaycan-İran biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan ("Azpromo") SİA-ya verilən məlumata görə, noyabrın 16-da Bakıda "Azpromo" və İran Ticarətinin İnkişafı Təşkilatı tərəfindən Azərbaycan-İran biznes forumu baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr biznes forumda iştiraka dəvət olunurlar. Biznes forumda iştirakda maraqlı olanlar "Azpromo"ya müraciət edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə