Qənirə Paşayeva: "Əlillərin müavinətləri yaşayış minimumuna çatdırılsın" AÇIQLAMA

Qənirə Paşayeva: "Əlillərin müavinətləri yaşayış minimumuna çatdırılsın" AÇIQLAMA

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci qrup əlil insanların müavinətlərinin artırılmasını təklif edib. SİA-nın məlumatına görə, deputat qeyd edib ki, birinci qrup əlil insanlar say etibarı ilə daha azdır və onların işləmək qabiliyyətləri məhduddur: "Birinci qrup əlil insanların çox hissəsi gənc yaşlarından əlil olublar. Onların çoxu yataq xəstələridir. Belə insanların saxlanılması üçün daha çox vəsait tələb olunur. Onların çoxunun iş stajı olmadığı üçün müavinətləri də azdır. Təklif edirəm ki, birinci qrup əlil insanların müavinətləri yaşayış minimumuna çatdırılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə