Eldar İbrahimov: "Əsas diqqət xalqın rifah halının yaxşılaşdırılmasına yönəlib" AÇIQLAMA

Eldar İbrahimov: "Əsas diqqət xalqın rifah halının yaxşılaşdırılmasına yönəlib" AÇIQLAMA

"Neqativ amillər dünya iqtisadiyyatına öz təsirini göstərir. Azərbaycan iqtisadiyyatında önəmli rolu olan neftin qiymətinin aşağı düşməsi büdcəmizə təsirsiz ötüşməzdi. Ancaq Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün neqativ halların qarşısını peşəkarlıqla alınır və iqtisadiyyatımız davamlı inkişaf edir". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin plenar iclasında deputat Eldar İbrahimov deyib. O, Azərbaycan hökumətinin düzgün yol seçərək Dövlət Neft Fondundan asılılığı azaldtdığını, qeyri-neft sektoruna üstünlük verdiyini vurğulayıb.

"Dövlət büdcəsində gəlirlər azalsa da, sosial sahələrə ayrılan maliyyə vəsaiti azalmayıb. Bu isə büdcə tərtib edilərkən əsas diqqətin xalqın rifah halının yaxşılaşdırılmasına yönəldiyini göstərir. Kənd təsərrüfatına ayrılan vəsait də azalmayıb, əksinə artım olub. Ölkə başçısı kənd təsərrüfatının inkişafını prioritet istiqamət kimi qoyub və bu sahədə işlər uğurla aparılır" - deyə, millət vəkili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə