Qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək, onların əmək bazarında iştirakını təmin etmək məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən yerlərdə davamlı olaraq təşkil edilən əmək yarmarkaları işsiz və işaxtaran vətəndaşların müvafiq işlə təmin olunmasında mühüm rol oynayır. ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin tədbirlər planına uyğun olaraq növbəti əmək yarmarkası sentyabrın 11-də Balakən rayonunda keçirilib.
Uşaq Yaradıcılıq Mərkəzində təşkil edilən yarmarkaya rayonda fəaliyyət göstərən 12 müəssisə və təşkilatdan 116 vakant iş yeri çıxarılıb. Kərpic İstehsal Müəssisəsi, Kommunal Müəssisələri Kombinatı, Mərkəzi Rayon Xəstəxanası yarmarkaya daha çox iş yeri çıxarıb. Təklif olunan əmək haqqı 110-250 manat təşkil edib.
Rayon Məşğulluq Mərkəzindən verilən məlumata görə, gün ərzində davam edən yarmarkada beş yüzdən çox işaxtaran vətəndaş iştirak edib. Yarmarkanın yekununda 75 nəfər işə düzəlmək üçün göndəriş alıb. Bundan əlavə, 8 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB