İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il sentyabrın 3-də Sabirabad rayonunda işgüzar forum keçirib. Fonddan SİA-ya verilən xəbərə görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- ixtisaslaşdırılmış yaşıl marketin yaradılması;
- çörək, ketçup, mayonez və xardal sousu, pendir istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması;
- iri fermer, kiçik cins heyvandarlıq, intensiv bağçılıq (nar, xırnik) və tərəvəzçilik (lobya) təsərrüfatlarının yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB