Ağsu rayonunda bostan-tərəvəz məhsullarının yığımı davam edir. Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, indiyədək 3919 ton bostan, 4000 ton tərəvəz məhsulları yığılıb. Ötən ilin müvafiq dövrünə nisbətən bostan məhsulları 72 ton, tərəvəz məhsulları isə 250 ton artıb. Rayonda qeyri-ənənəvi sahə olan kartof istehsalında da 27 ton artım olub. Belə ki, bu il əkin sahələrindən 975 ton kartof götürülüb.
Hazırda rayonda, o cümlədən bostan və tərəvəzçiliyin ənənəvi təsərrüfat sahəsi olduğu Kəndoba, Ərəbsarvan, Padarçöl, Çaparlı, Ərəbuşağı, Rəhimli, Padar və digər ərazi vahidlərində məhsul yığımı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB