Nicat Hacızadə: “Kəmərlərin təhlükəsizliyi önəmli faktordur" AÇIQLAMA

Nicat Hacızadə: “Kəmərlərin təhlükəsizliyi önəmli faktordur" AÇIQLAMA

"Azərbaycan üçün enerji təhlükəsizliyi önəmli faktordur". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyi baxımından Qərbin böyük marağındadır. "Bakı-Tbilisi-Ərzurum kəmərinin partlamasına gəlincə,tranzit ölkələrin özləri təhlükəsizlik məsələsində məsuliyyət daşıyır. Qərblə tərəfdaşlıq çərçivəsində enerji təhlükəsizliyi maraqları bir neçə aspektdən qorunur. Azərbaycanla Qərbin orta enerji təhlükəsizliyi risklərində əsas yeri kəmərlər tutur, yəni kəmərlərin təhlükəsizliyi ən önəmli faktordur. Mövcud təhlükə Türkiyə ərazisində baş verdiyindən məsələ ilə bağlı Türkiyə Cumhuriyyəti məsuliyyət daşıyır. Bu təhlükə Bakı -Tbilisi -Ceyhan (BTC) üçün də ola bilər. Heç kim proqnoz verə bilməz ki, BTC kəmərinin Türkiyə və Gürcüstan hissəsində təhlükələr ola bilməz. Ancaq, Azərbaycana düşən hissəsində təhlükənin olması gözlənilmir. Ümumiyyətlə Bakı- Tbilisi-Ceyhan kəməri hazırda regionun 2 müxtəlif təzyiqlərə məruz qalan dövlətlərindən keçir. Gürcüstanda Rusiya separatçıları, Türkiyədə kürd silahlıları olduğuna görə bu ölkələrin enerji daşıyıcılarının təhlükəsizliyində daxili gücləndirmə aparılmalıdır. Hər dövlət öz ərazisinə görə məsuliyyət daşıyır və baş verən ziyanı qarşılamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə