İran neft bazarına səs-küylə girdi

Neftin qiymətlərindən asılı olmayaraq İran hasil etdiyi nefti satacaq
İran neft bazarına səs-küylə girdi

İranın neft naziri Bijən Zəngənə sanksiyaların aradan qaldırılması ilə neft hasilatını artıracaqlarını bildirib. "Dunya.com" saytı xəbər verir ki, nazir İranın bazar payını geri almalı və neftin qiymətlərinin ucuzlaşmasına baxmayaraq satışa davam etməli olduğunu deyib.

"Neftin bir barrelinin qiymətinin 100 dollar səviyyəsinə çatsa da, çatmasa da İran hasil etdiyi nefti satacaq. Əlbəttə nefti daha baha qiymətlə satmaq istəyirik, ancaq qiymət bazar tərəfindən təyin olunur" - deyə B.Zəngənə qeyd edib.

O, beynəlxalq sanksiyalar tamamilə aradan qalxdıqdan sonra bazar paylarını qısa müddətdə geri qazanmağı hədəflədiklərini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə