Yunanıstana yaşıl işıq

Avro Bölgəsi Yunanıstana 86 milyard avro kredit verilməsi üçün Avropa Sabitlik Mexanizminə (ESM) səlahiyyət verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avro Qrupunun rəhbəri, Hollandiya maliyyə naziri Jeroen Dijselblom Avro Bölgəsinin Yunanıstana 86 milyard avro maliyyə yardımı ayırmaq üçün Avropa Sabitlik Mexanizminə (ESM) səlahiyyət verildiyini bildirib. Yunanıstana 3 illik tətbiq ediləcək proqramda ictimai maliyyələşdirmə, iqtisadiyyat və maliyyə sektoruna yönəlik ciddi şərtlər olduğunu xatırladan Dijselblom, Yunanıstan hökumətinin son dövrdə inamlı addımlar atdığını ifadə edib. Dijselblom, Yunanıstanın iqtisadiyyatını sabitliyə qovuşdurmaq və etibarını artırmaq üçün bəzi addımlar atmalı olduğunu, son dövrlərdə alınan qərarların isə doğru istiqamətdə olduğunu vurğulayıb. Yunanıstanın 3-cü qurtuluş paketi çərçivəsində təmin ediləcəyi 86 milyard avroluq kreditin ilk hissəsi 26 milyard avro dəyərindədir. Bu yardımın 10 milyard avroluq hissəsi bank sektorunun sərmayə quruluşunu gücləndirmək üçün ayrılıb. Kreditin, 13 milyard avroluq hissəsi isə Avropa Sabitlik Mexanizminin səlahiyyətinə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə