Daha 1 kəndə qaz verildi

"Azəriqaz" İstehsalat Birliyi respublikamızın qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirləri uğurla davam etdirir. Dövlət Neft Şirkıətindən SİA-ya verilən xəbərə görə, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri "mavi yanacaq"la təmin olunur, qaz infrastrukturu gündən-günə inkişaf etdirilir.

Avqustun 18-də Cəlilabad rayonunun Adnalı kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 426 abonenti olan Adnalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 24573 metr uzunuluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 426 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə