Lənkəranda 530 baş mal-qaradan 316 bala alınıb süni mayalanma yolu ilə
Heyvandarlıqla məşğul olan fermerlər yüksək məhsuldarlığa nail olmaq və daha çox gəlir əldə etmək üçün xaricdən lizinq yolu ilə mal-qara gətirməyə üstünlük verirlər. Son vaxtlar ölkənin bütün regionlarında olduğu kimi, cənub bölgəsində də heyvandarlıqda süni mayalanma üsulundan geniş istifadə edilir. Bu üsul sərfəli və daha az riskli olduğu üçün süni mayalanma ilə bağlı baytarlıq idarələrinə müraciət edənlərin sayı artıb. Təkcə bu ilin birinci yarısında Lənkəran rayonunda süni mayalanma yolu ilə 530 baş mal-qaradan 316 bala alınıb.
Lənkəran Rayonlararası Süni Mayalanma Mərkəzinin direktoru İqtidar Teymurov bildirib ki, heyvandarlıqda məhsuldarlığın yüksəldilməsində və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında süni mayalanmanın rolu böyükdür. Fermerlər son vaxtlar süni mayalanmada daha çox südlük istiqamətində olan toxumlara üstünlük verirlər, çünki süd gündəlik gəlir mənbəyidir.
Fermerlərin istəyinə uyğun olaraq, süni mayalanma texnikləri tərəfindən onlara südlük-ətlik, ətlik-südlük və ətlik istiqamətli toxumların təklif olunduğunu bildirən İ.Teymurov, süni mayalanma prosesinin daha da sürətləndirilməsi üçün əhali arasında maaarifləndirmə işlərinin aparalmasının vacib olduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB