"Dünya bazarında neftin qiymətinin 50-51 dollar olacağı proqnozlaşdırılır". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neft qiymətlərinin 2016-cı ildə aşağı düşəcəyi ilə bağlı proqnozlara münasibət bildirərkən deyib.
Proqnozun Dünya Bankı tərəfindən açıqlandığını deyən İ.Şaban qeyd edib ki, bu günə qədər başqa mərkəzlərdən, enerji agentliklərindən fərqli olaraq Dünya Bankı hər rüb öz proqnozlarını korrektə edir: "Belə ki, 2016-cı ildə İran neftinin dünya bazarında öz mövqeyinin daha möhkəmlədəcək, əlavə olaraq dünya bazarına milyon barel çıxarda biləcək. Bunun da dünya bazarına bir sıra təsirləri olacaq. Bu təsirlərin nəticəsindən xəbər verən Dünya Bankı neftin orta qiymətinin kəskin aşağı düşəcəyini gündəmə gətirib. Dünya Bankı bunun eft hasil edən ölkələrin büdcələrinə kifayət qədər ziyan gətirəcəyini açıqlayıb. Neftin qiymətlərinin təsir edəcəyi əsas ölkələrə Körfəz ölkələri, Rusiya, Qazaxıstan və Xəzəryanı dövlətlər aiddir".
2016-cı ilin neftin dünya bazarındakı qiymətinə gəlincə, İ. Şaban vurğulayıb ki, gələn il üçün neftin qiyməti 20 faiz aşağı düşəcək:"Dünya Bankı neftin qiymətini cari il üçün 57 dollar hesablamışdı. Gələn il üçün isə neft qiymətlərinin 61 dollar olacağı proqnozlaşdırılmışdı. Lakin bu qiyməti 10 dollar azaltdılar. Beləliklə 2016-cı il üçün proqnozuna görə, neftin dünya bazarındakı qiyməti 50-51 dollar civarı olması gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB