Rusiyada yoxsulluq artır

Rusiyadakı böhran 23 milyon insanın həyatına təsir edib. SİA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Sosial Təhlil İnstitutunun direktoru Tatyana Malev bu haqda açıqlama verib. İnstitut rəhbərinin sözlərinə görə, ölkədə yoxsulluq səviyyəsi kəskin şəkildə artıb və gəlir həcmi aşağı düşüb. Aparılan hesablamalara görə bu böhran hələ uzun müddət davam edəcək. Lakin vəziyyətin payız aylarında daha pisləşəcəyi haqda proqnoz verilib.

Tatyana Malev bildirib ki, real əmək haqqının 5% aşağı enməsi və yoxsulluq səviyyəsinin 10% artması gözlənilən hal idi. Bu il üçün verilən proqnoz sadəcə bununla kifayətlənmir. Malevin fikrincə sentyabr ayında bu vəziyyət daha qabarıq şəkildə özünü göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə