Xəzərdə neft quyusu istismara verildi

Xəzərdə neft quyusu istismara verildi

"Neft Daşları" yatağındakı 1887 nömrəli özüldən 2206 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, quyu fontan üsulu ilə məhsul verib, 2349-2334 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə