Sabirabad rayonunun qəsəbə və kəndlərinin qazla təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr uğurla icra olunur. İndiyədək rayonun 74 kəndindən 27-si qazlaşdırılıb. Onların sırasına 2 min 155 nəfər əhalinin yaşadığı Azadkənd və 632 nəfər sakini olan Qəfərli kəndləri də əlavə olunub. 380 və 115 abonenti olan Azadkənd və Qəfərli kəndlərinin qazlaşdırılması üçün ümumi uzunluğu 16319 və 4640 metr olan bir pilləli sistem üzrə daşıyıcı və məhəllədaxili paylayıcı metal və polietilen qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və qaz tənzimləyicisi quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimlərdə bildirilib ki, cari ilin əvvəlindən bəri rayonun 8 kəndinə "mavi yanacaq" verilib. Hazırda 15 yaşayış məntəqəsində qaz xətlərinin çəkilməsi başa çatmaq üzrədir. Yaxın günlərdə bu yaşayış massivlərinin əhalisi də təbii qazla təmin olunacaq.
Qeyd olunub ki, ilin sonuna kimi rayonun qəsəbə və kəndlərinin 90-95 faizi tamamilə qazlaşdırılacaq.
Kənd sakinləri onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonda mərasim iştirakçıları evlərdə olub, təbii qazın verilməsinə baxış keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB