İqtisadçı: “Neftin qiymətinin azalması gözlənilmir”

İqtisadçı: “Neftin qiymətinin azalması gözlənilmir”

"Dünya bazarında neftin qiymətində müəyyən azalmalar müşahidə edilir. Lakin kəskin qiymət azalması proqnozlaşdırılmır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov söyləyib. Bildirib ki, Brent markalı neftin bir barelinin dəyəri 60 dollar ətrafında bərqərar olacaq. Belə gedəcəksə, Avrozonadakı böhran neftin azalmasına və dolların bahalaşmasına gətirib çıxaracaq. Ancaq hələlik avronun mövcud məzənnəsi və neftə olan hazırkı tələbata görə neftin kəskin azalması gözlənilmir. Hesab olunur ki, neftin qiyməti müəyyən qədər aşağı düşsə də, həftə ərzində təxminən 1% azalma proqnozlaşdırılır. Ancaq bununla yanaşı, mövcud tələbatı nəzərə alaraq dünya bazarında neftin qiymətinin stabilləşəcəyi nəzərdə tutulur. Sözsüz ki, avronun aşağı düşməsi bütövlükdə neftin qiymətinə təsir etməsinə imkan vermir. Bir sözlə azalmalar proqnozlaşdırılmır. Qiymətin 60 dollar ətrafında stabilləşəcəyi gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə