BTC kəməri ilə bir ayda 2,5 milyon ton nefti nəql olunub

BTC kəməri ilə bir ayda 2,5 milyon ton nefti nəql olunub

İyunda Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 597 min 725 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyun aylarında bu kəmərlə 14 milyon 544 min 284 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il iyulun 1-ə kimi BTC-yə 278 milyon 369 min 216 ton neft vurulub.

İyunda BTC kəməri ilə 343 min 394 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə