Nadir Əzməmmədov: “Keçidlər yenidən bərpa olunur” AÇIQLAMA

Nadir Əzməmmədov: “Keçidlər yenidən bərpa olunur” AÇIQLAMA

"Hazırda Sumqayıta elektrik qatarlarının çəkilməsi ilə bağlı platformalar qurulur". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib. O qeyd edib ki, Sumqayıtdan elektrik qatarı ilə Bakıya gələn sərnişinlər Bakı Sərnişin stansiyasından tunel vasitəsilə 28 may metro stansiyasına keçə biləcəklər. Koroğlu metrosu istiqamətindəki yollarda çəpərləmə işləri aparılır, Sumqayıtda isə 52 kilometrlik yolda əsaslı təmir işi görülür: "Bakı Sərnişin stansiyasındakı hörgülər qurulur və keçidlər yenidən bərpa olunur. Yəni, sərnişin Bakı Sərnişin stansiyasından çıxdıqdan sonra tunel vasitəsilə 28 May metro stansiyasına çıxa biləcək. Hazırda əsas binada tikinti işləri aparılır. 52 kilometrlik yolda əsaslı təmir işləri aparılır. Həmçinin Sumqayıtda platformalar qurulur, yeraltı keçid tikilib. Bakı Sərnişin stansiyasından Koroğlu stansiyasına qədər olan yolun hər iki tərəfində çəpərləmə işləri aparılır. Sürətli qatar yolla hərəkət etdiyi zaman hər hansı maneçiliyin olmaması üçün tədbirlər görülür. Sumqayıta hərəkət edəcək elektrik qatarları Koroğlu stansiyasını keçəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə