Borcları ilə tarixə adını yazan ölkə

Borcları ilə tarixə adını yazan ölkə

Beynəlxalq Valyuta Fondunun (BVF) sözçüsü Geri Rayz Yunanıstanın təxminən 1,5 milyard avro dəyərindəki borcunu ödəmədiyini, əlavə vaxt istədiyini ifadə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Uzun müddətdir böhranın bir addımlığında olan ölkə beləliklə, 7-ci dəfə güc itirdi. Tələbin BVF İdarə Heyəti tərəfindən dəyərləndirəcəyini deyən Rayz, Yunanıstanı ancaq gecikmiş borclarını ödəyəcəyi təqdirdə maliyyə ilə təmin edə biləcəklərini deyib. Rəsmi kreditorlarla razılaşmanın əldə edilə bilməməsi səbəbilə 7-ci dəfə iflasa uğrayan Yunanıstan, BVF-nin borclarını vaxtında ödəyə bilməyən ilk inkişaf etmiş ölkə olaraq tarixə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə