Shələrdə məhsuldarlığın yüksək olacağı proqnozlaşdırılır
Taxılımız bol olacaq

Saatlı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, iyunun 1-dən rayonda taxıl biçininə başlanılıb. Əkin sahələrində 3 gündür ki, qızğın iş gedir. Əkinçi fermerlər gərgin əmək bahasına yetişdirdikləri məhsulu tez və itkisiz yığmaq üçün qüvvələrini əsirgəmirlər. Əvvəlcə arpa sahələrində biçinə başlanılıb.

Vaxtında görülmüş aqrotexniki tədbirlər, eləcə də havanın əlverişli keçməsi sayəsində zəmilərdə bol məhsul yetişib. Təbii ki, bu işdə taxılçı əməyini də xüsusi qeyd etmək lazımdır. İndi qarşıda duran əsas məsələ taxılın vaxtında və itkisiz yığılmasıdır. Hazırda rayonun arpa sahəsində biçində 40-dan çox kombayn işləyir.

Bu il Saatlı rayonunda ümumilikdə 19 min 298 hektar sahədə taxıl əkilib. Bunun 15 min 259 hektarında buğda, 4 min 39 hektarında isə arpa yetişdirilib. Hazırda 350 hektara yaxın sahənin arpası yığılıb. Nəticələr ürəkaçandır. Hər hektardan orta hesabla, 36-37 sentner məhsul yığılır. Ümumiyyətlə, rayonda taxılın orta məhsuldarlığının yüksək olacağı proqnozlaşdırılır.

Əkinçilər təxminən 25 günə buğda zəmilərinin biçininə də start verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə