Maliyyə Nazirliyində dəyişiklik

Nazirlər Kabineti "Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibi"ndə dəyişiklik edilməsi barədə qərar verib. SİA-nın məlumatına görə, dəyişiklik Maliyyə Nazirliyində iqtisadi sahələrin maliyyəsi şöbəsinə yeni müdir təyin edilməsi ilə bağlıdır.

Maliyyə Nazirliyinin iqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Məzahir Ağazadənin vəzifəsindən azad olunub və onun yerinə Vüqar Məcidlinin təyin edilib. Bununla əlaqədar Vüqar Məcidli həm də Respublika Komissiyasının üzvü olmuş Məzahir Ağazadəni Respublika Komissiyasında əvəz edib.

Bütün xəbərlər Facebook səhifəmizdə