“Dərmanların qiymətlərinin tənzimlənməsi qaydaları müəyyən ediləcək” AÇIQLAMA
"Bu barədə lazım olan addımların əhəmiyyətli hissəsi atılıb. Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin qaydaları müəyyən ediləcək". SİA-nın məlumatına görə, bu sözləri Baş nazirin müavini, Əli Əhmədov bu gün jurnalistlərə verdiyi açıqlamasında deyib.
O qeyd edib ki, dərmanların qiyməti ilə bağlı işlərin böyük hissəsi görülüb. Bu sahədə insanları narahat edən problemlərin həll edilməsinə çalışılır: "Həmin qaydalar əsasında da dərmanların qiymətləri tənzimlənəcək. Artıq işlərin əksər hissəsi görülüb, Əlbəttə qeyd etmək lazımdır ki, bu o qədər də asan deyil. Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı lazımi işlər görülür. Qaydalar qəbul olunandan sonra biz çalışacayıq ki, dərmanların qiymətləri sahəsində insanlarımızı narahat edən problemlər aradan qaldırılsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB