"Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq"

"Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq"

İki ölkə arasında münasibətləri yüksək qiymətləndirirəm. Azərbaycanın enerji ehtiyatları Avropanın enerji təchizatında böyük əhəmiyyətinə malikdir". SİA-nın xəbərinə görə, bunu 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin ("Caspian Oil and Gas 2015") rəsmi açılış mərasiminə ünvanladığı salamlama məktubunda Böyük Britaniyanın baş naziri David Kemeron deyib.

Məktubu London şəhərinin meri Alan Yarrou oxuyub.

Məktubunda Cənub Qaz Dəhlizinin önəmini vurğulayan D. Kemeron TANAP kəmərinin açılışında iştirak etmək istədiyini söyləyib: "İnanıram ki, bu perspektivli layihə reallığa çevriləcək. BP-nin bu işdə iştirakından qürur duyuram. Azərbaycanla Böyük Britaniya arasında əlaqələr xüsusən enerji baxımından çox mühümdür. Bu sərginin münasibətlərin inkişafında mühüm rol oynayacağına inanıram".

Sərginin açılış mərasimində çıxış edən Polşa baş nazirinin müavini Yanuş Pexoçinski deyib ki, bu gün Azərbaycan və Avropa vahid qlobal enerji bazarının yaradılmasında səylərini birləşdirir: "Azərbaycan və Cənubi Qafqazın bu prosesdə həlledici rolunu vurğulamalıyıq. Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Mənbələrin şaxələndirilməsi çox mühümdür. Polşa eyni zamanda marşrutların şaxələndirilməsi sahəsində uğurlu siyasət aparır. Hesab edirəm ki, sərgidə ilk dəfə iştirak edən şirkətlər işgüzar əlaqələri daha da dərinləşdirəcək. XIX əsrin sonu, XX əsrin əvvəllərində polşalılar tək Bakının memarlığında deyil, neft sənayesinin inkişafında da mühüm rol oynayıblar: "Biz Azərbaycanda çiçəklənən iqtisadiyyat olmasını arzulayırıq. Azərbaycan-Polşa əlaqələrinin dərinləşdirilməsində roluna görə prezidentə təşəkkür edirəm. Hər kəsi Azərbaycana sərmayə qoymağa dəvət edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə