Valişvili: “Enerji təhlükəsizliyi bizim üçün də əhəmiyyətlidir” AÇIQLAMA

Valişvili: “Enerji təhlükəsizliyi bizim üçün də əhəmiyyətlidir” AÇIQLAMA

"Avropa Enerji Birliyinə üzv olmağa ümid edirik". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın enerji və təbii sərvətlər nazirinin müavini Maryam Valişvili Türkiyədə keçirilən 6-cı Dünya Enerji Tənzimləmə Forumunda (WFER) Gürcüstanda rəqabətə söykənən enerji bazarının yaradılması istiqamətində görülən işlərdən danışarkən deyib.

Ölkəyə yatırılan investisiyaların Gürcüstanın Enerji Tənzimləmə Təşkilatı tərəfindən dəstəkləndiyini ifadə edən Valişvili, sözlərinə bunları da əlavə edib: "2019-ci ildən etibarən ölkədə enerji sahəsində tam tutumlu işlər planlaşdırırıq. Ölkədə rəqabətə əsaslanan bazar yaradırıq. Enerji istehsalı kimi təşviqlər dəstəklənir. İnkişaf etməkdə olan ölkələrin bir çox investisiya ehtiyacı var, çünki bu ölkələrin yüksək iqtisadi artım dərəcələri var. Gürcüstan enerjiyə ehtiyacı olan bir ölkədir. Elektrikə olan ehtiyacın illik böyümə nisbəti 7-8 faiz, təbii qazın böyümə nisbəti isə 15 faizdir. Enerjinin 80 faizi idxal edilir və enerji təhlükəsizliyi də bizim üçün əhəmiyyətli bir məsələdir. Enerji mənbələrinin ortaya çıxarılması və subsidiyaların verilməsi, Gürcüstan hökumətinin fokuslandığı prioritetlər sahələr arasında yer alır".

Bütün xəbərlər Facebook səhifəmizdə