Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

İyunun 3-də Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək. SİA-nın xəbərinə görə, forum Avstriya Respublikasının elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.

Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15 Avstriya şirkətinin iştirakı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə