Neftin qiyməti dəyişmədi

Dünya bazarında mayın 22-də WTI və "Brent" markalı xam neftin qiyməti dəyişməyib. SİA-nın xəbərinə görə, WTI markalı neftin bir barelinin qiyməti 60,72 dollar olub. Avropa birjalarında satışa çıxarılan "Brent" markalı neftin qiyməti də dəyişməyərək 66,54 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə