Bu gün Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "21-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi" və "9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında həmçinin Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgiləri də müzakirə mövzusu olub. Tədbirdə "İTE Group" şirkətinin icraçı direktoru Edvard Stroon, "Worldfood Azerbaijan" sərgisinin meneceri Zarina Məmmədova, "Caspian Event Organisers" şirkətinin biznesin inkişafı üzrə meneceri Həmidə Hacıyeva və media nümayəndələri iştirak edib.
Mətbuat konfransında çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sərgi haqqında məlumat verib. O qeyd edib ki, bu il Azərbaycanda kənd təsərrüfatı ili elan olunub. Bununla bağlı olaraq ölkədə bir sıra tədbirlər həyata keçirilir. Kənd təsərrüfatı ilə məşğul olan insanlara subsidiyalar verilir, suvarma sistemlərinin qurulmasında güzəştlər tətbiq olunur, ölkəyə cins heyvanları gətirilərək fermerlərə güzəştli kreditlərlə paylanılır.
Daha sonra çıxış edən "İTE Group" şirkətinin icraçı direktoru Edvard Stroon sabah baş tutacaq sərgidə iştirak edən şirkət nümayəndələrinin 50 faizinin ilk dəfə qatıldığını vurğulayıb. Bundan başqa, 6 ölkənin milli stendlər quraraq, ölkələrini tanıdacaqlarını ifadə edib. Mayın 21-də baş tutacaq sərgidə müxtəlif ölkələrdən quraqlığadavamlı bitki toxumlarının nümayiş etdiriləcəyini və bunun Azərbaycanın kənd təsərüfatında istifadəsinin yüksək nəticələr verəcəyini qeyd edib.
Sonda mətbuat konfransına qatılan nümayəndələr jurnalistlərin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB