Prezident: “Artıq birtərəfli deyil, ikitərəfli oyun oynayırıq” AÇIQLAMA

Prezident: “Artıq birtərəfli deyil, ikitərəfli oyun oynayırıq” AÇIQLAMA

"PetroVietnam"ın 50 faiz işçiləri Bakının tələbələridir. Onlar arzu edirlər ki, Azərbaycanda da iş görsünlər". Bu sözləri jurnalistlərə verdiyi açıqlamada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, Vyetnamın "Petrovietnam" şirkəti ARDNŞ ilə birlikdə layihələr həyata keçirməkdə maraqlıdır. Hazırda böyük əməkdaşlıq gözlənilir: " "PetroVietnam" bizə təklif edir ki, Vyetnamda birlikdə işləyək. Onlarla əməkdaşlıq qurmağa hazırlaşırıq, artıq əlaqələrimizi qurmuşuq. Bakı Ali Neft Məktəbi və ARDNŞ-nin layihə İnstitutu Vyetnamda birgə layihələr işləyirlər. Hazırda daha böyük əməkdaşlığı planlaşdırırıq. Yəqin ki, tez bir zamanda layihələr həyata keçirəcəyik".

Rövnəq Abdullayev onu da vurğuladı ki, "PetroVietnam" Azərbaycanda bir çox layihələrlə maraqlanır. Qarşılıqlı olaraq layihələrlə bağlı müzakirələr aparılır: ""PetroVietnam" Xəzərdə bir çox layihələrlə maraqlanır. Hazırda biz onlara hansı layihələri təklif ediriksə, gərək onlar da bizə o səviyyədə layihələr təklif etsinlər. Artıq biz birtərəfli deyil, ikitərəfli oyun oynayırıq. "Aljir"lə də eyni qaydada hərəkət edəcəyik. Biz onlarla çoxlu layihələri müzakirə etdik. Birlikdə istehsalat, loqistika, sıxılmış qazın satışı sahəsində Avropada və digər bölgələrdə birgə əməkdaşlıq etməyi planlaşdırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə