Beynəlxalq seminar keçirilib

Mərkəzi Bank və KPMG şirkətinin birgə təşkilatçılığı ilə 23-24 aprel 2015-ci il tarixlərində Risklərin idarə edilməsi və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) mövzusunda seminar keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, seminarın keçirilməsində məqsəd qeyd edilən sahələrdə bank əməkdaşlarını risklərin idarəedilməsi və MHBS sahəsində ən son yeniliklərlə tanış etmək, onların bilik potensialını artırmaqdan ibarətdir.

Seminarda bazar risklərin idarə edilməsi, stress-testlərin aparılması üzrə qabaqcıl təcrübə, banklarda maliyyə sağlamlaşdırılması planının hazırlanması məsələləri, həmçinin, MHBS 9-un tətbiqi, əhəmiyyətli problemləri və strateji nəticələri ilə bağlı məsələlər əhatə edilib.

KPMG şirkətinin Almaniya və Rusiya nümayəndə ofislərinin ekspertləri tərəfindən keçirilən seminarda risklərin idarə edilməsi və MHBS sahəsində mövcud vəziyyət, həmçinin bu sahədə mütərəqqi beynəlxalq təcrübə barədə ətraflı məlumat verilmiş, mövzu üzrə suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə