"Günəşli" yatağındakı 11-ci özüldən 344 nömrəli quyuda qazma işlərinə başlanılıb. Dövlət Nef Şirkətindən SİA-ya verilən xəbərə görə, layihə dərinliyi 3100 metr olan quyu "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 60 ton neft hasil ediləcək.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB