Türkiyədə fəaliyyət göstərən Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı ilə növbəti Xəzər Forumu aprelin 29-30-da Tbilisidə keçiriləcək. HASEN-in saytı xəbər verir ki, "Gürcüstan: Qafqazın kəsişmə nöqtəsi" adlanan foruma Azərbaycan, Türkiyə və Gürcüstanın rəsmi şəxsləri, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və iş adamları dəvət edilib.
Forum çərçivəsində "Türkiyə, Gürcüstan və Azərbaycanın regional təhlükəsizlikdə rolu", "Türkiyə, Gürcüstan və Azərbaycanın enerji əməkdaşlığında rolu" və "Orta dəhliz nəqliyyatında Gürcüstanın rolu" mövzularında seminarlar keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB