Vergilər naziri Ağdamda vətəndaşları qəbul edib

Vergilər naziri Ağdamda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər. Belə qəbul günlərindən biri də bu gün keçirilib. Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, vergilər naziri Fazil Məmmədov tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Tərtər, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları ilə görüş keçirilib. Qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər bu kimi məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə