Azər Mehdiyev: “Banklar uzunmüddətli kreditdən çəkinir” AÇIQLAMA

Azər Mehdiyev: “Banklar uzunmüddətli kreditdən çəkinir” AÇIQLAMA

"Bu gün banklar manatla kredit verməkdə maraqlı deyillər. Belə bir vəziyyətdə təbii ki, iş adamları isə manatla kredit almağa maraqlıdırlar". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu gün ölkədəki banklar manatla kredit verməkdən qaçınaraq, daha çox dollarla kredit vermək istəyirlər. Sahibkarlar isə nəinki valyuta məsələsində, hətta uzunmüddətli kredit məsələsində tərəddüd edirlər: "Banklar kreditləri daha çox dollarla vermək istəyirlər ki, etibarlı olsun. Sahibkarlar isə dollarla kredit almaqdan imtina edirlər. Ona görə ki, manata nisbətən dolların kursunun qalxması gələcəkdə onlara əlavə problemlər yarada bilər. Əvvəldən mövcud olan risklər, həm də yeni risklərin ortaya çıxması faktiki olaraq bankları uzunmüddətli kredit verməkdən çəkindirir. Hətta sahibkarların özləri də dollarla uzunmüddətli kredit almaqdan çəkinirlər".

Ekspert onu da qeyd etdi ki, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Prezident tərəfindən hələ 2 il əvvəl Fərman verilməsinə baxmayaraq, yerli strukturlar bu Fərmanın icrasını ləngidiblər: "Azərbaycanda uzunmüddətli kreditlərlə bağlı yaranmış problemin həllinin ən düzgün yolu iqtisadiyyatdakı inhisarlaşmanın aradan qaldırılması prosesinin sürətləndirilməsidir. Təşəbbüskarlığa meydan verilməsi, sahibkarlıq mühitində olan problemlərin aradan qaldırılması kimi problemlər həllini tapmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə