Aksiz markaları ilə markalanmalı olan malların markalanmadan, həmçinin saxta markalarla satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara çıxarılması hallarının qarşısının alınması məqsədilə cari ilin yanvar ayında Vergilər Nazirliyində spirtli içkilər və tütün məmulatları istehsalçıları olan vergi ödəyiciləri ilə görüş keçirilib. Bu barədə SİA-ya Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən xəbər verilib. Görüşdə Azərbaycan Respublikasında istehsal olunan spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksizin dərəcələrinin dəyişdirilməsi ilə bağlı bu sahəyə nəzarətin gücləndirilməsinin vacibliyi vergi ödəyicilərinin nəzərinə çatdırılıb. Respublika ərazisində aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı hallarına hələ də rast gəlinməkdədir.
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin müvafiq qərarı ilə "Fidan" şirkətinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül, Naxçıvani küçəsi, 3106-cı məhəllə ünvanda yerləşən və təsərrüfat subyekti kimi vergi orqanında uçotda olmayan obyektində (anbar) həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara çıxarılması halları aşkar edib.
Tədbir zamanı saxta aksiz markaları ilə markalanmış 150,3 min manat məbləğində 86419 ədəd müxtəlif adlı və həcmli alkoqqollu içkilər ("Mont blanc" - 0.5l və 0.7l, "Ruska" - 0.5l və 0.7l, "Zernovoy sklad" - 0.25l, 0.5l və 0.7l, "Melnik" - 0.25l, 0.5l və 0.7l, "Bakinskiy Standart" - 0.25l, "Bakinskaya marka" - 0.25l, "Qosudar" - 0.5l və s.) aşkarlanmış, bəzi məhsulların üzərində seriyası və nömrəsi olmayan aksiz markaları müəyyən edilib.
2015-ci ilin ötən dövrü ərzində 6 vergi ödəyicisi tərəfindən 43 min 811,9 manatlıq aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktları aşkar edilmiş və hər bir fakt üzrə cinayət işi başlanılıb.
Vergilər Nazirliyi xəbərdarlıq edir ki, aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, bu cür fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 172
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 173




USD
EUR
GBP
RUB