Vahid Əhmədov: “Mərkəzi Bank valyuta siyasətinə yenidən baxmalıdır”
"Son 5-6 ayda Mərkəzi Bankın 15 milyardlıq valyuta ehtiyatları 9 milyarda qədər azalıb. Əgər Mərkəzi Bank valyuta siyasətini dəyişməsə, onun büdcəsində pul qalmayacaq". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Vahid Əhmədov deyib.
V. Əhmədov hesab edir ki, Mərkəzi Bank valyuta siyasətinə yenidən baxmalıdır: " Azərbaycandan xarici ölkələrə kəskin valyuta axını davam edir. Bunun qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır. Mərkəzi Bank manatın yumşaq devalvasiyasını həyata keçirməlidir ki, bu cür problemlərlə qarşılaşmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB