"Siğorta həm iqtisadiyyat, həm də sosial həyatın bir sahəsidir". SİA-nın məlumatına görə, bunu Dövlət Siğorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov bu gün Bakıda keçirilən Sığorta Agentlərinin III Milli Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq 800-dən çox sığorta agentliyi lisenziya əldə edib, bunlardan 60-dan çoxu hüquqi şəxslərdir: "Artıq sığorta müqavilələrinin bağlanmasında, xüsusilə də avtomobil siğortaları haqqında onu demək istəyirəm ki, icbari siğorta qanunu qəbul edildikdən sonra bu sahədə işlər daha da genişləndi. Bu günə qədər 800-dən çox siğorta agentliyi lisenziyalaşdırılıb. 60-dan artıq hüquqi şəxs siğortıçılıqla bağlı lisenziya əldə edib".
Müşfiq İsrafilov onu da qeyd etdi ki, əldə edilən lisenziyalardan sonra bəzi siğorta agentlikləri dövlətə hesabat təqdim etməyib. Bundan başqa saxta yolla siğortaçılıqla məşğul olanları ciddi cəzalar gözləyir: "Lakin alınan lisenziyalar bizi narahat edir. Siğortaçılıqda günümüzdə onu müşahidə edirik ki, bəzi lisenziya alan şəxslər fəaliyyəti dayandırmağına baxmayaraq, dövlətə rəsmi məlumat verməyiblər. Çox təəssüf ki, 2013-cü ildə 800-ə yaxın siğorta agentliyinin hesabatı alınsa da, hazırkı rübdə biz bu qədər hesabatı əldə edə bilmədik. 10-dan artıq siğorta rəhbərliyi fəaliyyəti dayandırmaq haqqında məktub göndərərək fəaliyyətini dayandırıb. 81-dən artıq siğorta şirkəti hesabatı təqdim etmədiyi üçün fəaliyyəti tərəfimizdən dayandırıla bilər. Qanundan irəli gələn tələblərə uyğun olaraq onların fəaliyyətinə baxılır. Bugünkü siğorta agentləri bu günü, sabahı siğortalayır. Buna görə də, bu sahədə tədbirləri daha da gücləndirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB