"2016-cı ilin dövlət büdcəsində neftin qiymətinin 50 dollardan götürülməsinin ziyanı yoxdur və normal haldır". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abullayev jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, büdcədə neftin qiymətinə ehtiyatlı yanaşmaq lazımdır: "Dünya bazarında bir neçə illik diaqrama diqqət etdikdə isə, bugünkü tendensiyanın normal olduğunu görmək olar: Mən deyərdim ki, 2016-cı ildə büdcəyə daha ehtiyatla baxılacaq. Biz tendensiyaya diqqət yetirdikdə görürük ki, neftin qiyməti dünya bazarında bir neçə il düşür, daha sonra qalxır. Mən 20 illik bir diaqrama baxdıqda görürəm ki, eyni diaqram təkrar olunur".
Rövnəq Abdullayev neftin dünya bazarında gələcək qiyməti ilə bağlı proqnoz da verib. O deyib ki, 2017-ci ilədək neftin qiyməti 80-90 dollar səviyyəsinə qalxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB