Rövnəq Abdullayev ağacəkmə aksiyasında FOTOLAR

Rövnəq Abdullayev ağacəkmə aksiyasında FOTOLAR

Bu gün "Bibiheybət" Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) ərazisində ağacəkmə aksiyası keçirilib. SİA-nın xəbərinə görə, ağacəkmə aksiyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev də iştirak edib. Rövnəq Abdullayev ağac əkib, ekoloji vəziyyətlə maraqlanıb, yaşıllaşdırma işləri ilə tanış olub. Şirkət prezidentinə məlumat verilib ki, 2006-cı ildən "Bibiheybət" NQÇİ-nin mədən ərazilərində həyata keçirilən davamlı ekoloji tədbirlər nəticəsində torpaq – bitki örtüyünün bərpası təmin edilib, ərazi aktiv istifadə zonasına çevrilib.

Şirkət rəhbərinə məruzə edilib ki, şənbə iməciliyinə "Azneft" İB-nin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələrinin, "Azəriqaz" İB-nin qaz istismar sahələrinin, "Azərikimya" İB-nin zavodlarının, Kompleks Qazma İşləri Trestinin, Heydər Əliyev adına Neft Emalı Zavodunun, Qaz İxrac İdarəsinin, "Neftqaztikinti" Trestinin, Neft Kəmərləri İdarəsinin müəssisə və istehsalat bölümlərinin kollektivləri fəal sürətdə qoşulub. Ümumilikdə, SOCAR-ın təxminən 20000 əməkdaşının iştirak etdiyi şənbə iməciliyində 10000-dən artıq ağac və gül kolu əkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə