2,03 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

2,03 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

2015-ci ilin mart ayı ərzində 2 milyon 037 min 735 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 226 min 279 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə,cari ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 6 milyon 862 min 055 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il aprel ayının 1-ə qədər Ceyhan limanından 268 milyon 801 min 145 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə