Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti dünyada ilk poçt markasının buraxılmasının 175 illiyi münasibəti ilə poçt markası nəşr etdirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, markanın nominal dəyəri 0,20 manat təşkil edir.
Qeyd edək ki, 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərinə pul şəkli (1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB