Müslüm İbrahimov: “Üzümçülük sahəsini inkişaf etdirməliyik” AÇIQLAMA

Müslüm İbrahimov: “Üzümçülük sahəsini inkişaf etdirməliyik” AÇIQLAMA

"Azərbaycanda üzümçülükdə ixtisaslaşmış bölgələrdə keyfiyyət, dad xüsusiyyətləri daha yüksəkdir, nəinki qonşu Ermənistanda. Hətta belə bir fakt var ki, Erməni konyakının hazırlanmasında bizim üzüm xammalından istifadə olunub". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Müslüm İbrahimov deyib. Onun sözlərinə görə, Ermənistanın bu gün arxivində olan məşhur konyakları belə Azərbaycan xammalından hazırlanıb. Üzümçülüyə ölkəmizdə də diqqət yetirmək lazımdır, lakin üzümçülük xərc tələb edən sahədir: "Ermənistanın konyak zavodunda hələ Sovet dövründə ən keyfiyyətli içkiləri hazırlamaq üçün Azərbaycanın üzüm xammalından istifadə ediblər. Ona görə ki, Azərbaycanda istehsal olunmuş üzüm, üzümçülükdə istifadə olunan müəyyən faktorlara görə iqlim keyfiyyəti daha yüksəkdir. Üzümçülük xərc tutumlu bir sahədir. Burada şərabçılıq sahəsi inkişaf etməlidir".

Ekspert onu da vurğuladı ki, Azərbaycanda şərabçılıq məhsulları daha çox ixraca yönəldilir. Üzümçülüyün inkişaf etdirilməsi üçün ölkəmizdə çaxır sortlarını inkişaf etdirmək lazımdır: "Azərbaycanda bu gün şərabçılıq məhsulları ixraca yönəldilir. İxracda yüksək alıcılıq qabiliyyətinə malikdir. Təbii ki, üzümçülük potensial xidmət sahəsidir. Bu sahəni birmənalı inkişaf etdirməliyik. Bu sahəyə çaxır sortlarını da daxil etmək lazımdır. Bu sahə meyvəçilik təsərrüfatının çox spesifik sahəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə