Elman Rüstəmov: “Manatın yenidən şok devalvasiyası gözlənilmir”

Elman Rüstəmov: “Manatın yenidən şok devalvasiyası gözlənilmir”

"Azərbaycanda manatın yenidən şok devalvasiyası gözlənilmir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, dünya bazarında neftin qiyməti kəskin aşağı düşərsə, manat buna adaptasiya olunacaq: "Amma, bu adaptasiya idarə olunan rejimdə də baş verə bilər. Amma, bu gün neftin proqnozlaşdırılan qiyməti 50-55 dollardır. Ona görə də gələn ilin büdcəsində də neftin qiyməti 50 dollardan hesablanacaq. Belə olan təqdirdə biz kursda hər hansı bir əhəmiyyətli dəyişiklik gözləmirik".

Bütün xəbərlər Facebook səhifəmizdə