2 yaşayış məntəqəsi qazlaşdırıldı

2 yaşayış məntəqəsi qazlaşdırıldı

Bu gün İsmayıllı rayonunun Böyükmərc və Kökəltmə adlanan yaşayış məntəqələrinə ilk dəfə olaraq təbii qaz verilib. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 105 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12 730 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 105 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə