İqtisadçı: “Yeni valyutanın formalaşması risklidir” AÇIQLAMA

İqtisadçı: “Yeni valyutanın formalaşması risklidir” AÇIQLAMA

"Rusiya prezidenti V.Putin Avrasiya İttifaqına daxil olan ölkələrin milli valyutasının yaradılması barədə Rusiya Mərkəzi Bankına və hökumətə tapşırıq verib". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev söyləyib.

Bildirib ki, Avrasiya İttifaqının inkişafının növbəti mərhələsində vahid valyutanın formalaşdırılması əvvəlcədən nəzərdə tutulub: "Hazırda qərar 1 yanvar 2016-cı ildən bu ortaq valyutaya keçməyi planlaşdırır ki, bunun da tez bir zamanda qərara alınması dünyada baş verən geosiyasi hadisələrlə bağlıdır. Diqqətinizə çatdırım ki, Rus rublunun dəyərdən düşməsi və Avrasiya İttifaqı məkanında baş verən digər iqtisadi proseslər yeni valyutanın formalaşması baxımından risklər formalaşdırılır. Həmçinin, dünyada alternativ beynəlxalq valyutaların formalaşdırılması ideyaları 2008-ci ilin maliyyə böhranından sonra artıb. Burada Səudiyyə yarımadasına daxil olan ölkələrin, Cənub - Şərqi Asiya regionu dövlətlərinin vahid valyuta ideyalarını göstərmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə