Vüqar Bayramov: “Manatın yumşalması büdcəyə müsbət təsir edəcək” AÇIQLAMA
"Manatın dollara nisbətən məzənnəsinin aşağı düşəcəyi əlbətdəki praqnozlaşdırılırdı". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, manatın devalvasiyası gözlənilirdi. Lakin bunu daha çox mərhələli şəkildə gözləyirdik: "Etiraf etmək lazımdır ki, manatın dollara nisbətən məzənnəsinin belə kəskin düşəcəyi praqnozlaşdırılmırdı. Çünkü Mərkəzi Bankın rəsmi açıqlamalarında, eləcə də Mərkəzi Bankın idarə heyətinin sədrinin bütövlükdə verdiyi müsahibələrdə və açıqlamalarda birmənalı şəkildə qeyd olunurdu ki, manatın dollara nisbətən məzənnəsi kəskin deyil, yumuşaq və mərhələli aşağı düşəcək. Bu baxımdan da manatın məzənnəsinin ilin sonuna qədər təxminən 15% düşəcəyi, təbiiki mərhələli şəkildə bəzi aylarda 1%, bəzi aylarda 2% azalma ilə müşahidə olunacağı gözlənilirdi".
Ekspert həmçinin vurğuladı ki, manatın yumuşalmasının Azərbaycanın ixrac qabiliyyətinin artırılmasında xüsusi yeri var. Həmçinin dövlət büdcəsinə daxilolmalarda müsbət rol oynayacaq: "Qeyd etmək lazımdır ki, manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsinə ehtiyac var idi. Çünkü Azərbaycanın ixrac qabiliyyətinə mənfi təsir göstərirdi baxmayaraq ki, ixracatın 95%-i strateji məhsullar olsa belə amma hərhalda həmin strateji məhsulların payının azaldılması üçün manatın yumuşalması vacib idi. Bu baxımdan də manatın yumuşalmasının Azərbaycanın ixrac qabiliyyətinin artması kimi müsbət təsirləri var. Manatın yumuşalmasının eyni zamanda dövlət büdcəsinə daxil olmalarında müsbət təsir göstərir, bu baxımdan manatın məzənnəsinin aşağı düşməsinin fiskal təsirləri var. Süni qiymət artımı istisna edilmir, çünki adətən məzənnə dəyişəndə Azərbaycanda belə istehsal olunan məhsula süni qiymət artımı qeydə alınır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB