Bakıda İslam maliyyəsi konfransı işə başladı

Bakıda İslam maliyyəsi konfransı işə başladı

Bu gün Bakıda "İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirə təşkilatçılığı Türk İşadamları Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı koordinatorluğu, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu edir. Konfransda dünyanın 9 ölkəsindən 19-a yaxın mütəxəssis iştirak edir. Tədbirin keçirilməsində məqsəd Azərbaycanda islam maliyyəsi ilə bağlı vəziyyəti araşdırmaq, gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmaqdır. Konfrans 4 bölmədən ibarət olacaq və qeyd olunan mütəxəssislərin təqdimatları olacaq.

Qeyd edək ki, tədbirin 2 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə