"2020-ci ilə qədər Azərbaycanın inkişafı konsepsiya ilə bağlıdır. Konsepsiya çox geniş və əhatəlidir". Bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam inqilabının qələbəsinin 36-cı ildönümü münasibətilə təşkil edilən ziyafət zamanı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, konsepsiya ilə bağlı tədbirlər planı həyata keçirilir. 2020-ci ilə qədər Konsepsiyada nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq: "Burada bütün sahələrin inkişafı nəzərdə tutulub. Geniş tədbirlər planı həyata keçirilir. Keçən il ərzində bu tədbirlər icra olunub. Nəzərdə tutulan bütün tədbirlər yerinə yetirilib. 2020-ci ilə qədər də nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq. Konsepsiyada nəzərdə tutulan hədəflərə nail olunacaq. Buna tam əminliklə cavab verə bilərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB