Nicat Hacızadə: “Azad İqtisadi Zonaya daxil olmamız gecikə bilər” AÇIQLAMA

Nicat Hacızadə: “Azad İqtisadi Zonaya daxil olmamız gecikə bilər” AÇIQLAMA

"Azad İqtisadi zonaların yaradılma məqsədlərinin arxasında əsas olaraq həmin regionun və ya ölkənin iqtisadi inkişafı və inkişafın sürətlənməsi durur. Azad iqtisadi zona üçün ayrılan ərazidə işləyən şirkətlərə ölkənin başqa bölgələriylə müqayisədə gömrük rüsumlarında, vergilərdə güzəştlər olunur. Yaxud vergilər tamam ləğv edilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, azad iqtisadi zonaların yaradılmasında əsas məqsəd həm yeni iş yerlərinin yaradılması həm də rəqabət gücünə malik məhsul istehsalıdır: "Burda biznes quranlar güzəştli kreditlər də ala bilərlər. Adətən bütün bu güzəştlər ona görə edilir ki, həm yerli şirkətlər dünya bazarlarında rəqabət gücünə malik məhsul istehsal edə bilsinlər. Həm də güzəştlər regiona marağı olan xarici şirkətləri cəlb etsin. Beləliklə də azad iqtisadi zona yeni iş yerlərinin açılmasına səbəb olur".

Ekspert qeyd etdi ki, azad iqtisadi zonaların yaradılmasının effektiv təsirləri olub. Azərbaycan isə belə bir iqtisadi zonalara daxil olmaq üçün hazır deyil. Vergi siyasətində bəzi dəyişikliklərə ehtiyac var: "Biz təcrübəyə baxsaq, misal üçün 1985-ci ildə Dubayda Azad İqtisadi zonanın yaradılmasından sonra nə qədər sürətlə inkişaf etməyə başladı. Bu gün sizə Dubaya baxın dünyanın əsas ticarət və biznes mərkəzlərindən biridir. Ümumiyyətcə Azad iqtisadi zonaya Azərbaycanın daxil olması üçün müəyyən prosedurlar var ki, ölkə hal-hazırda buna hazır deyil. 2-ci səbəb bu gün bildiyiniz kimi, ölkə büdcəsi neftin ucuzlaşması üzündən nəzərdə tutulan məbləği vermədi. Vergi siyasəti yürüdüldü ki, Azad İqtisadi Zonaya daxil olan ölkələrə xas xüsusiyyət deyil. Sahibkarlara ayrılan kreditlərdə problemlər var. Ölkə başçısı müşavirədə bunu da qeyd etdi. Xırda da olsa kiçik korrupsiya halları var, bizim Azad İqtisadi Zonaya daxil olmamız gecikə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə